Yuxarı

Aydın Əliyev

 - 

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin sədri



2006

2006-cı ilin fevral ayından Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin sədri vəzifəsində çalışır

1999

1999-cu ilin fevral ayından 2006-cı ilin fevral ayına qədər Gömrük Komitəsi Sədrinin birinci müavini vəzifəsində işləyib.

1992

1992-1999-cu illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində inspektor, şöbə rəisi, aparıcı mütəxəssis, Baş İdarə rəisi işləyib.

1980

1980-1992-ci illərdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində böyük məsləhətçi, nazirin köməkçisi, kadrlar şöbəsinin rəis müavini, şöbə rəisi, Azərbaycan Respublikası Dövlət Arbitrajında arbitr, Ali Məhkəmədə şöbə rəisi vəzifələrində çalışıb.

1979

1979-cu ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə ilə bitirib. Əmək fəaliyyətinə 1979-cu ildə Azərbaycan Dövlət Universitetində müəllim vəzifəsindən başlayıb.

1957

28 may 1957-ci ildə Bakı şəhərində anadan olub.