Yuxarı

Şahin Mustafayev

 - 

Azərbaycan Respublikası iqtisadiyyat naziri



2016

Prezident İlham Əliyevin 15 yanvar 2016-cı il tarixli sərəncamı ilə İqtisadiyyat və Sənaye Nazirliyinin adı dəyişdirilərək İqtisadiyyat Nazirliyi adlandırılıb. Prezidentin digər sərəncamı ilə Şahin Abdulla oğlu Mustafayev iqtisadiyyat naziri təyin edilib.

2013

2013-cü ilin oktyabrın 22-dən iqtisadiyyat və sənaye naziri olub.

2008

2008-ci il oktyabrın 31-dən 2013-cü ilin oktyabrın 22-dək iqtisadi inkişaf naziri olub.

2006

2006-cı ilin sentyabrında Vergilər nazirinin birinci müavini təyin edilib.

2005

2005-2006-cı illərdə Dövlət Neft Şirkətinin iqtisadi məsələlər üzrə vitse-prezidenti olub.

2003

2003-2005-ci illərdə Dövlət Neft Şirkətində mərkəzi mühasibatlığın baş mühasibi, İqtisadiyyat və Uçot İdarəsinin rəisi işləyib.

2000

2000-2003-cü illərdə Vergilər Nazirliyinin İqtisadi Təhlil və Uçotun Təşkili İdarəsinin rəis müavini, rəisi olub.

1999

1999-2000-ci illərdə Baş Dövlət Vergi Müfəttişliyində İqtisadi Təhlil, Uçot, Hesabat və Vergi Daxilolmalarının Proqnozlaşdırma İdarəsində şöbə rəisi vəzifəsində çalışıb.

1992

1992-1999-cu illərdə Nəsimi rayonu üzrə Dövlət Vergi Müfəttişliyində dövlət vergi müfəttişi, böyük dövlət vergi müfəttişi, baş dövlət vergi müfəttişi və şöbə rəisi olub.

1991

1991-1992-ci illərdə “Spektr” kiçik müəssisəsində baş mühasib vəzifəsində çalışıb.

1990

1990-1991-ci illərdə Bakı Baş Tikinti İdarəsində baş mühasib işləyib.

1989

M.Voznesenski adına Maliyyə-İqtisad İnstitutunun Bakı filialını bitirib.

1965

Mustafayev Şahin Abdulla oğlu 1965-ci ildə anadan olub.