Azərbaycan və Almaniya qeyri-hökumət təşkilatlarının (QHT) humanitar minatəmizləmə potensialının inkişaf etdirilməsi üzərində işləyir.
Bu barədə “Report”a Almaniyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.
“Almaniya Azərbaycan hakimiyyətinə yerli QHT-lərin humanitar minatəmizləmə üzrə potensialının artırılmasına yönəlmiş bir illik layihə təklif edib. Layihənin tərəfdaşları onun icrasına başlamaq üçün hazırlıq işləri görür”, - səfirlikdən bildiriblər.
Xatırladaq ki, bu yaxınlarda Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann “X” sosial şəbəkəsindəki hesabında qeyd edib ki, ölkəsi minatəmizləmə prosesində, o cümlədən Almaniyanın bu istiqamətdə həyata keçirdiyi layihə çərçivəsində Azərbaycan və Avropa İttifaqının səylərini tam dəstəkləyir.