Azərbaycan səfiri etimadnaməsini Hindistan Prezidentinə təqdim edib

Xarici siyasət
  • 01 iyun, 2018
  • 05:47
Azərbaycan səfiri etimadnaməsini Hindistan Prezidentinə təqdim edib

Bakı. 1 iyun. REPORT.AZ/ Azərbaycanın Hindistandakı səfiri Əşrəf Şıxəliyev etimadnaməsini Hindistan Prezidenti Ram Nath Kovindaya təqdim edib.

Bu barədə "Report" "United News of India" nəşrinə istinadən xəbər verir.

Prezident sarayında keçirilən mərasimdə Azərbaycan səfiri ilə yanaşı, Lesoto, Kipr, Samoa və Yamayka nümayəndələri də etimadnamələrini təqdim ediblər.

Xatırladaq ki, bu il aprelin 2-də Azərbaycan Prezidenti İlham Əliyev Şıxəliyev Əşrəf Fərhad oğlunun ölkənin Hindistandakı fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.