Azərbaycan Prezidenti Yunanıstanın yeni seçilən baş nazirini təbrik edib

Xarici siyasət
  • 22 sentyabr, 2015
  • 12:52
Azərbaycan Prezidenti Yunanıstanın yeni seçilən baş nazirini təbrik edib

Bakı. 22 sentyabr. REPORT.AZ Azərbaycan Prezidenti İlham Əliyev Yunanıstanın baş naziri Aleksis Tsiprası təbrik edib. 

"Report" xəbər verir ki, təbrikdə deyilir:  "Hörmətli cənab Baş nazir,

Ölkənizdə keçirilmiş parlament seçkilərində başçılıq etdiyiniz partiyanın qələbəsi və Yunanıstan Respublikasının Baş naziri vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi yetirirəm.

Ümidvaram ki, Azərbaycan-Yunanıstan münasibətlərinin inkişafı, ikitərəfli əlaqələrimizin, dostluq və əməkdaşlığımızın möhkəmlənməsi istiqamətində qarşılıqlı səylərimizi bundan sonra da davam etdirəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Yunanıstan xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm".