Azərbaycan Prezidenti Rumıniyanın yeni prezidenti və Livan Nazirlər Şurasının sədrinə təbrik məkubu göndərib

Azərbaycan Prezidenti Rumıniyanın yeni prezidenti və Livan Nazirlər Şurasının sədrinə təbrik məkubu göndərib Prezident İlham Əliyev: "Azərbaycan və Rumıniyanı möhkəm dostluq və qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri birləşdirir"
Xarici siyasət
21 Noyabr , 2014 18:46
Azərbaycan Prezidenti Rumıniyanın yeni prezidenti və Livan Nazirlər Şurasının sədrinə təbrik məkubu göndərib

Bakı. 21 noyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Rumıniyanın yeni seçilmiş prezidenti Klaus İohannisə təbrik məktubu göndərib. "Report"un məlumatına görə, təbrikdə deyilir:

"Hörmətli cənab İohannis, Rumıniya prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Azərbaycan və Rumıniyanı möhkəm dostluq və qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri birləşdirir. Bu gün bu münasibətlər dinamik və hərtərəfli inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Ümidvaram ki, xalqlarımızın rifahı naminə istər ikitərəfli qaydada, istərsə də regional və beynəlxalq qurumlar çərçivəsində qarşılıqlı etimada və dəstəyə əsaslanan əməkdaşlığımızı daha da genişləndirmək üçün birgə səylər göstərəcəyik. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Rumıniya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram.

Dövlət başçısı həmçinin Livan Respublikası Nazirlər Şurasının sədri Tammam Salama da təbrik məkubu göndərib. Təbrikdə deyilir: 

"Hörmətli cənab sədr, Livan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Livan xalqına sülh və rifah diləyirəm".

Son xəbərlər

Orphus sistemi