Avstriya XİN Bakı və İrəvanın sülh sazişi mətninin razılaşdırılmasını alqışlayır
Xarici siyasət
- 13 mart, 2025
- 22:03
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Avstriya XİN Bakı və İrəvanın sülh müqaviləsinin mətni üzrə razılaşmalarını alqışlayır.
“Report” xəbər verir ki, bu barədə qurumun sosial şəbəkə hesabında paylaşım edilib.
“Ermənistan və Azərbaycan arasında sülh işində əldə edilmiş irəliləyişi ürəkdən alqışlayırıq. Sazişin tezliklə imzalanacağına ümid edirik. Hərtərəfli və ədalətli saziş, şübhəsiz ki, bütün regionda sabitliyi, təhlükəsizliyi və rifahı gücləndirəcək”, – xarici siyasət idarəsinin məlumatında qeyd olunub.
Xatırladaq ki, daha əvvəl bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov sülh sazişinin mətni üzrə danışıqlar prosesinin yekunlaşdığını açıqlamışdı.
Son xəbərlər
10:10
Azərbaycanda pul baratları üzrə saldo 70 % artıb
Maliyyə
10:10
Qırğızıstanda malların qiymətlərinin monitorinqi sistemi modernləşdirilir
Biznes
10:09
Azərbaycan Belarus və Qırğızıstanla rəqabət siyasəti sahəsində əlaqələri gücləndirir
İnfrastruktur
10:08
Azərbaycan banklarının izafi likvidliyi 2 dəfədən çox artıb
Maliyyə
10:07
"AzInTelecom"un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
İKT
10:05
AMB cari əməliyyatlar balansının profisiti ilə bağlı proqnozlarını yeniləyib
Maliyyə
10:03
Azərbaycan Mərkəzi Bankı illik inflyasiya proqnozlarını yeniləyib
Maliyyə
10:02
AMB: 9 ayda nağd xarici valyutanın alışı satışını 759 milyon dollar üstələyib
Maliyyə
10:00
Bakıda "PATA Hosted Buyers Summit Baku 2026" tədbiri keçirilir
Turizm