Auqusto Massari: "Azərbaycan enerji sahəsində əməkdaşlıq baxımından İtaliya üçün önəmlidir"

Xarici siyasət
  • 16 fevral, 2018
  • 08:51
Auqusto Massari: Azərbaycan enerji sahəsində əməkdaşlıq baxımından İtaliya üçün önəmlidir

Bakı. 16 fevral. REPORT.AZ/ "Azərbaycan enerji sahəsində əməkdaşlıq baxımından İtaliya üçün önəmlidir".

"Report" xəbər verir ki, bunu İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari deyib.

"Əməkdaşlığımızı müsbət qiymətləndirirəm. Burada yalnız 6 aydır işləyirəm və özümə, italyan dilinə və mədəniyyətinə yalnız istilik hiss edirəm. Ölkələrimiz arasında sıx siyasi əməkdaşlıq mövcuddur", - səfir bildirib.

Onun sözlərinə görə, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Mühendə illik təhlükəsizlik konfransı çərçivəsində italyan həmkarı Ancelino Alfano ilə görüş keçirmək niyyətindədir.

"Əməkdaşlığımız təkcə siyasətdə deyil, digər sahələrdə - ticarətdə, mədəniyyətdə də yüksək səviyyədədir", - A.Massari əlavə edib.

O vurğulayıb ki, Azərbaycan enerji sahəsində əməkdaşlıq baxımından İtaliya üçün önəmlidir və bu istiqamətdə əlaqələrin daha da dərinləşəcəyinə ümidvaram.

44 filmi