ATƏT PA-nın komitə sədri: Terrorla mübarizədə Türk dünyasının səsi olacağıq

ATƏT PA-nın komitə sədri: Terrorla mübarizədə Türk dünyasının səsi olacağıq Terrorla mübarizədə azərbaycanlı deputat həmkarımla birlikdə, ən yüksək kürsülərdə Türk dünyasının səsi olacağıq.
Xarici siyasət
23 İyul , 2024 12:08
ATƏT PA-nın komitə sədri: Terrorla mübarizədə Türk dünyasının səsi olacağıq

Terrorla mübarizədə azərbaycanlı deputat həmkarımla birlikdə, ən yüksək kürsülərdə Türk dünyasının səsi olacağıq.

Bunu "Report"un Ankara bürosuna açıqlamasında Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (ATƏT PA) Terrorla Mübarizə üzrə Xüsusi Komitəsinə yeni sədr təyin olunan türkiyəli deputat Kamil Aydın bildirib.

Avropa Komissiyası Parlamentar Məclisində və NATO Parlament Assambleyasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) nümayəndə heyətində təmsil olunan deputat terrorla mübarizə ilə bağlı ATƏT PA-da da iki dönəm sədr müavini vəzifəsini icra etdiyini deyib.

O qeyd edib ki, strukturun sədri olaraq Azərbaycan tərəfi ilə sıx əməkdaşlıq edəcək: “Beynəlxalq tədbirlərdə Azərbaycanla yaxın əməkdaşlığımız var. Beynəlxalq tədbirlərdə, ATƏT PA-da Azərbaycan nümayəndə heyəti ilə hər iki ölkənin sözçülüyünü layiqincə yerinə yetiririk. Bundan sonra da əleyhimizə olan qüvvələrə qarşı daha güclü mübarizə aparacağıq. PKK, İŞİD, FETÖ kimi terror təşkilatlarının hiyləgərcəsinə qurduqları yuvaları öyrənib beynəlxalq platformalarda söyləyəcəyik”.

Komitə sədri əlavə edib ki, onun yeni təyinatı bütün Türk dünyasında alqışla qarşılanıb: "Bu təşkilatda 57 ölkə nümayəndəsi təmsil olunur. Bir zamanlar Ermənistanın əli ilə Qarabağda məskən salan terrorçuları Azərbaycan əzmli mübarizəsi ilə bütünlükdə yox etdi. Biz də Türk dünyasının hər hansı bir yerində baş verən terroru hər fürsətdə gündəmə gətirib, onları ifşa edərək böyümələrinə, güclənmələrinə əngəl olacağıq. Bu məsələdə bütün Türk dünyasının səsi olacağıq".

Son xəbərlər

Orphus sistemi