Ankarada “Əziz Şəhər Şuşa” kitabının təqdimatı olub

Ankarada “Əziz Şəhər Şuşa” kitabının təqdimatı olub Ankarada “Şuşa Mədəniyyət Günləri” tədbiri çərçivəsində “Əziz Şəhər Şuşa” kitabının təqdimatı olub.
Xarici siyasət
14 Noyabr , 2023 15:00
Ankarada “Əziz Şəhər Şuşa” kitabının təqdimatı olub

Ankarada “Şuşa Mədəniyyət Günləri” tədbiri çərçivəsində “Əziz Şəhər Şuşa” kitabının təqdimatı olub.

“Report”un Türkiyə bürosu xəbər verir ki, tədbir Azərbaycanın Türkiyədəki səfirliyinin təşkilatçılığı ilə Türkiyə Prezident Adminstrasiyasının Kitabxanasında baş tutub.

Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Rəşad Məmmədov, "İrs" jurnalının redaktoru Musa Mərcanlı, "Paşahəyatsığorta" şirkətinin rəhbəri Niyaz İsmayılov, Azərbaycan Prezidentinin Şuşa üzrə xüsusi nümayəndəsi Aydın Kərimov, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) sədri Sultan Raev, Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu çıxış ediblər.

Onlar Şuşa və Azərbaycanın 44 günlük savaşdan sonra qazandığı Qarabağ zəfəri haqqında danışıblar.

Tədbir çərçivəsində, həmçinin Şuşa ilə bağlı sərgi keçirilib.

Son xəbərlər

Orphus sistemi