ANAMA rəsmisi: "Minatəmizləmə sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlıqda maraqlıyıq"

ANAMA rəsmisi: "Minatəmizləmə sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlıqda maraqlıyıq" "Biz minatəmizləmə sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlıq etməkdə maraqlıyıq".
Xarici siyasət
4 Dekabr , 2023 12:09
ANAMA rəsmisi: Minatəmizləmə sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlıqda maraqlıyıq

ANAMA minatəmizləmə sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlıq etməkdə maraqlıdır.

“Report”un xəbərinə görə, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Maarifləndirmə, Beynəlxalq və İctimaiyyətlə Əlaqələr idarəsinin Beynəlxalq əlaqələr və donorlarla iş bölməsinin müdiri Rövşən Kərimov dekabrın 4-də Bakıda keçirilən "Cənubi Qafqazda mina qurbanları ilə həmrəylik: Cənubi Qafqazda minaların və onların nəticələrinin ləğvi strategiyasının mühüm sütunu” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, beynəlxalq əməkdaşlıq minatəmizləmə işlərində yenilikləri öyrənməyə, təcrübə mübadiləsinə köməklik edir: "Hazırda əməkdaşlıq etdiyimiz beynəlxalq təsisatlar var və bundan sonra həmin əlaqələrin daha da genişləndirilməsi üçün çalışacağıq".

R.Kərimov əlavə edib ki, ANAMA humanitar minatəmizləmə işləri çərçivəsində 110 min hektar ərazini mina və hərbi sursatlardan təmizləyib: "ANAMA minatəmizləmə işlərində kifayət qədər təcrübə qazanıb. 44 günlük müharibədən sonra 18 mindən çox tankəleyhinə, 30 mindən çox piyadaəleyhinə minalar, 56 mindən çox silah-sursat qalıqları aşkar edilərək zərərsizləşdirilib".

Son xəbərlər

Orphus sistemi