Almaniyada yaşamaq qaydalarını pozan azərbaycanlı ailə məhkəməyə verilib

Almaniyada yaşamaq qaydalarını pozan azərbaycanlı ailə məhkəməyə verilib 2016-cı ildə Almaniyaya gələrək bu ölkədən sığınacaq alan azərbaycanlı ailə deportasiya edilə bilər.
Xarici siyasət
6 Oktyabr , 2022 12:41
Almaniyada yaşamaq qaydalarını pozan azərbaycanlı ailə məhkəməyə verilib

2016-cı ildə Almaniyaya gələrək bu ölkədən sığınacaq alan azərbaycanlı ailə deportasiya edilə bilər.

“Report”un Avropa bürosunun məlumatına görə, buna səbəb ailənin 2018-ci ildə Azərbaycana səfəridir.

Şimali Reyn Vestfaliya əyalətinin Bonn şəhər yerli idarə məhkəməsində ötən gün sözügedən işlə bağlı hazırlıq iclası keçirilib.

Qeyd olunub ki, Bonn şəhərində yaşayan ailənin üzvləri Azərbaycana səfərləri barədə Əcnəbilərlə iş üzrə Federal İdarənin yerli şöbəsinə məlumat verməyiblər.

Onlar ikinci dəfə üçün Almaniyada yaşamaq icazəsi almaqla bağlı federal idarəyə müracət edən zaman Azərbaycana aid pasportlarını təqdim etməyiblər.

Məhkəmənin hazırlıq iclasında bildirilib ki, ölkəsinə gedib-gələ bilən əcnəbilər qaçqın statusundan məhrum edilirlər.

Qanunun tələbi isə həmin şəxslərin ölkədən deportasiyasıdır.

Son xəbərlər

Orphus sistemi