Almaniya səfiri 20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad edib

Almaniya səfiri 20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad edib Almaniya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Ralf Horlemann Bakıdakı Şəhidlər Xiyabanında 20 Yanvar faciəsi qurbanlarının xatirəsini ehtiramla yad edib.
Xarici siyasət
19 Yanvar , 2025 13:01
Almaniya səfiri 20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad edib

Almaniya Federativ Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ralf Horlemann Bakıdakı Şəhidlər Xiyabanında 20 Yanvar faciəsi qurbanlarının xatirəsini ehtiramla yad edib.

“Report” xəbər verir ki, bu barədə səfir “X” hesabında bildirilib.

“1990-cı il yanvarın 19-u və 20-si Bakıda həlak olanların əziz xatirəsini hörmətlə anırıq. Sovet İttifaqının dağılması zamanı yaranan qarışıqlıqdan demək olar ki, heç bir region Cənubi Qafqaz, o cümlədən Azərbaycan qədər çox əziyyət çəkməyib”, - deyə o qeyd edib.


Son xəbərlər

Orphus sistemi