Aİ-nin Azərbaycandakı pensiya islahatları ilə bağlı layihəsinin açılışı olub

Aİ-nin Azərbaycandakı pensiya islahatları ilə bağlı layihəsinin açılışı olub Avropa İttifaqının (Aİ) “Azərbaycanda pensiya islahatlarına dəstək – Faza 2” tvinninq layihəsinin açılış mərasimi keçirilib.
Xarici siyasət
17 Yanvar , 2023 10:53
Aİ-nin Azərbaycandakı pensiya islahatları ilə bağlı layihəsinin açılışı olub

Avropa İttifaqının (Aİ) “Azərbaycanda pensiya islahatlarına dəstək – Faza 2” tvinninq layihəsinin açılış mərasimi keçirilib.

"Report" xəbər verir ki, tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko, Litvanın sosial təminat və əmək nazirinin müavini Martinas Sürkus və həmin ölkənin Azərbaycandakı səfiri Egidijus Navikas və digər rəsmi şəxslər iştirak edib.

S.Babayev Azərbaycan və Aİ arasında münasibətlərin uğurla inkişaf etdiyini diqqətə çatdırıb. O, birgə həyata keçirilən layihələrin sosial müdafiə, tibb-sosial reabilitasiya, sığorta-pensiya, məşğulluq sahələrində islahatların aparılması üzrə nazirliyin potensial imkanlarının artırılmasına xidmət etdiyini deyib.

Sahil Babayev
Sahil Babayev

Nazir sözügedən layihənin aparılan islahatlarda önəmli dəstək olduğunu vurğulayıb. O, layihənin ikinci fazasının da ölkəmizdə pensiya sisteminin Avropanın qabaqcıl təcrübələri əsasında təkmilləşdirilməsinə töhfə verəcəyinə əminliyini bildirib.

P.Mixalko, E.Navikas, M.Sürkus və digərləri çıxış edərək Aİ tərəfindən maliyyələşdirilən və iki il davam edəcək “Azərbaycanda pensiya islahatlarına dəstək – Faza 2” tvinninq layihəsinin əhəmiyyətindən bəhs ediblər.

Layihənin pensiya sahəsində islahatlar prosesində öz rolunu oynayacağı vurğulanıb.

Bildirilib ki, “Azərbaycanda pensiya islahatlarına dəstək” tvinninq layihəsi ümumilikdə ölkəmizdə pensiya sisteminin rəqəmsallaşdırılması və bu sistemin uzunmüddətli inkişafı üçün sığorta-pensiya sisteminin fəaliyyətinin aktuar modellər əsasında təkmilləşdirilməsi və s. ilə bağlı əməli tədbirlərin hazırlanaraq tətbiq edilməsini nəzərdə tutur.

Layihə Litvanın Sosial Təminat və Əmək Nazirliyi ilə əməkdaşlıqda həyata keçiriləcəyi qeyd olunub.

Tədbirdə layihənin müvafiq komponentləri üzrə məlumatlar verilib, təqdimatlar edilib.

Son xəbərlər

Orphus sistemi