Afrikalı nazir: Azərbaycanın COP29 Sədrliyindən gözləntilərimiz böyükdür

Afrikalı nazir: Azərbaycanın COP29 Sədrliyindən gözləntilərimiz böyükdür "İnanıram ki, Azərbaycan COP29 ərzində sülh və təhlükəsizliyə inteqrasiya olunmuş iqlim məsələlərinin müdafiəsinə davam edəcək".
COP29
25 Sentyabr , 2024 20:26
Afrikalı nazir: Azərbaycanın COP29 Sədrliyindən gözləntilərimiz böyükdür

"İnanıram ki, Azərbaycan COP29 ərzində sülh və təhlükəsizliyə inteqrasiya olunmuş iqlim məsələlərinin müdafiəsinə davam edəcək".

Bunu Qərbi Afrikanın cənub-qərb sahilində yerləşən Syerra-Leonenin Planlaşdırma və İqtisadi İnkişaf naziri Kenyeh Laura Barlay "Report"un ABŞ bürosuna açıqlamasında deyib.

Nazir bildirib ki, ölkəsinin Azərbaycanın COP sədrliyindən gözləntiləri böyükdür: "Hesab edirəm ki, Azərbaycanın COP29 fəaliyyətinə hazırlığı kifayət qədər yaxşı gedir. COP-da əsas gözləntimiz iqlim maliyyəsi və onunla bağlı bir çox məsələlərin həllidir. COP28 çərçivəsində Birləşmiş Ərəb Əmirliklərində sülh və inkişafı əhatə edən məsələlərlə bağlı qərarlar və bəyannamələrlə bağlı uzun müddətdir ki, irəliləyişlər var. İndi Azərbaycan bu rolu davam etdirməli və xüsusi ilə COP29-da iqlimin maliyyələşdirilməsinə diqqət yetirməlidir".

Onun sözlərinə görə, iqlim dəyişkənliyinindən əziyyət çəkən inkişaf etməkdə olan ölkələrdə humanitar problemlər yaşanır və bu fəsadları aradan qaldırmaq üçün vəsaitlər bərabər bölünməyib:

"Azərbaycan iqlim pozulmalarından yaranan humanitar problemlərin təmin edilməsində məsuliyyəti artıq öz üzərinə götürüb və inanıram ki, ölkə COP29 ərzində sülh və təhlükəsizliyə inteqrasiya olunmuş iqlim məsələlərini müdafiəsinə davam edəcək".

Xanım nazir bildirib ki, COP29-da iştirak etmək üçün Bakıya getməyə hazırlaşır.

Son xəbərlər

Orphus sistemi