Türkiyə XİN: "Ölkəmizi və Azərbaycanı hədəf seçən radikal erməni diasporunun fəaliyyəti narahatedicidir" - YENİLƏNİB-2

Türkiyə XİN: "Ölkəmizi və Azərbaycanı hədəf seçən radikal erməni diasporunun fəaliyyəti narahatedicidir" - YENİLƏNİB-2 ABŞ-ın Los-Anceles şəhərində “Türkiyənin xarici siyasətində xalq diplomatiyasının rolu” adlı konfransda Azərbaycan və Türkiyə təmsilçilərinə qarşı təxribat olub.
Xarici siyasət
30 Sentyabr , 2023 16:22
Türkiyə XİN: Ölkəmizi və Azərbaycanı hədəf seçən radikal erməni diasporunun fəaliyyəti narahatedicidir - YENİLƏNİB-2

“Ölkəmizi və Azərbaycanı, son dönəmdə isə Ermənistan hökumətini və regiondakı sülh prosesini hədəf seçən radikal erməni diaspor üzvlərinin nifrət nitqlərinin təxribata çevrilməsi narahatedicidir”.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

Qeyd olunub ki, dünən, sentyabrın 29-da ABŞ-nin Kaliforniya ştatında “Türkiyənin xarici siyasətində xalq diplomatiyasının rolu” adlı tədbirdə bir qrup erməni şifahi və fiziki təxribatlar törədib. Polis və təhlükəsizlik əməkdaşları təxribatların genişlənməsinin qarşısını alıb.

XİN-in bəyanatında, həmçinin, günahkarların məsuliyyətə cəlb olunması ilə bağlı hüquqi addımların atılacağı bildirilib.

16:08

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) ermənilərin ABŞ-dəki təxribatçı əməllərini pisləyib.

“Report” xəbər verir ki, bu barədə partiyanın sözçüsü Ömər Çəlik danışıb.

“ABŞ-də Vaşinqtondakı səfirimiz Murat Mercanın da iştirak etdiyi tədbirdə ermənilərin hücumlarını şiddətlə qınayırıq”, - o bildirib.

15:20

ABŞ-nin Los Anceles şəhərində “Türkiyənin xarici siyasətində xalq diplomatiyasının rolu” adlı konfransda Azərbaycan və Türkiyəyə qarşı təxribat olub.

“Report” xəbər verir ki, bir qrup erməni Azərbaycanın Los Anceles şəhərindəki konsulu Ramil Qurbanovu və Türkiyə təmsilçilərini hədəf alaraq Azərbaycan və Türkiyə əleyhinə təhqirlər səsləndirib.

Təxribat təxminən 10 dəqiqə davam edib.

Polis və təhlükəsizlik əməkdaşlarının köməyi ilə təxribatçılar iclas salonundan çıxarılıb.

Son xəbərlər

Orphus sistemi