Abbas Abbasov: Zikh Federasiyası ilə əməkdaşlıq Hindistanda etnik azlıqların müdafiəsinə töhfə verəcək

Xarici siyasət
  • 03 iyun, 2026
  • 09:58
Abbas Abbasov: Zikh Federasiyası ilə əməkdaşlıq Hindistanda etnik azlıqların müdafiəsinə töhfə verəcək

Bakı Təşəbbüs Qrupu (BTQ) və Beynəlxalq Zikh Federasiyası son aylarda etnik azlıqların hüquqlarının müdafiəsi, Hindistan hökumətinin transmilli repressiyalarına qarşı mübarizə və beynəlxalq platformalarda hüquq müdafiəsi gündəliyinin təşviqi məsələləri üzrə əməkdaşlığı aktivləşdiriblər.

"Report" xəbər verir ki, bu barədə BTQ-nin icraçı direktoru Abbas Abbasov Bakıda keçirilən "İyun 1984, Amritsar hadisələri: Hindistanın etnik azlıqlara qarşı transmilli repressiyaları soyqırım kontekstində" adlı beynəlxalq konfransda bildirib.

Onun sözlərinə görə, son beş ay ərzində Bakı Təşəbbüs Qrupu (BTQ) Beynəlxalq Zikh Federasiyası ilə əməkdaşlıq çərçivəsində transmilli repressiyalar, Hindistanda etnik azlıqlara qarşı ayrı-seçkilik, eləcə də insan hüquqlarının müdafiəsi və yerli xalqların, etnik azlıqların hüquqlarının təmin edilməsində beynəlxalq təşkilatların rolu məsələlərinə həsr olunmuş iki beynəlxalq konfrans təşkil edib.

Onun sözlərinə görə, birgə iş çərçivəsində Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının 61-ci sessiyasında məruzə təqdim edilib.

"Mən əminəm ki, Beynəlxalq Zikh Federasiyası ilə əməkdaşlığımız etnik azlıqların hüquqlarının və bütövlükdə insan hüquqlarının müdafiəsinə mühüm töhfə verəcək", - BTQ-nin icraçı direktoru vurğulayıb.

Onun sözlərinə görə, hazırkı konfransın iştirakçıları transmilli repressiyaların müxtəlif formalarına qarşı mübarizədə beynəlxalq hüququn rolunu müzakirə edə biləcəklər.

44 filmi