Xınalıqda qonaq evlərinə dəstək məqsədilə vətəndaşlara avadanlıqlar verilib

Xınalıqda qonaq evlərinə dəstək məqsədilə vətəndaşlara avadanlıqlar verilib Quba rayonunun Xınalıq kəndində qonaq evi yaradıb turistlərə xidmət göstərən 16 sahibkara su qızdırıcısı, soba və qaz plitəsi təqdim olunub.
Turizm
25 Sentyabr , 2023 14:46
Xınalıqda qonaq evlərinə dəstək məqsədilə vətəndaşlara avadanlıqlar verilib

Quba rayonunun Xınalıq kəndində qonaq evi yaradıb turistlərə xidmət göstərən 16 sahibkara su qızdırıcısı, soba və qaz plitəsi təqdim olunub.

"Report" xəbər verir ki, bu, Dövlət Turizm Agentliyi ilə BMT-nin İnkişaf Proqramının birgə həyata keçirdiyi "Azərbaycanın Regionlarında Dayanıqlı Turizmin İnkişafına Dəstək" layihəsi çərçivəsində baş tutub.

Xatırladaq ki, sentyabrın 4-də Prezident İlham Əliyevin sərəncamı ilə Agentliyin tabeliyində "Xınalıq və Köç yolu" Dövlət Tarix Mədəniyyət və Etnoqrafiya Qoruğu yaradılıb. Yeni qoruq Xınalıq kəndini və 6 rayonun ərazisindən keçən, 200 km-dən çox uzunluğu olan Köç yolunu əhatə edir. Sentyabrın 18-də isə Birləşmiş Millətlər Təşkilatının Elm, Təhsil və Mədəniyyət üzrə ixtisaslaşmış qurumu UNESCO-nun Ümumdünya İrs Komitəsinin 45-ci sessiyasında "Xınalıq və Köç yolu mədəni landşaftı"nın qurumun Ümumdünya irs siyahısına daxil edilməsinə dair qərar qəbul olunub.

Son xəbərlər

Orphus sistemi