"Xınalıq kəndi və Köç yolu" UNESCO-nun Ümumdünya İrs Siyahısına salına bilər

"Xınalıq kəndi və Köç yolu" UNESCO-nun Ümumdünya İrs Siyahısına salına bilər Bu ilin sentyabr ayında "Xınalıq kəndi və Köç yolu"nun UNESCO-nun Ümumdünya İrs Siyahısına salınması məsələsinə baxılacaq.
Turizm
8 May , 2023 10:14
Xınalıq kəndi və Köç yolu UNESCO-nun Ümumdünya İrs Siyahısına salına bilər

Bu ilin sentyabr ayında "Xınalıq kəndi və Köç yolu"nun UNESCO-nun Ümumdünya İrs Siyahısına salınması məsələsinə baxılacaq.

"Report" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova bildirib.

Onun sözlərinə görə, bununla bağlı müvafiq sənəd hazırlanıb, UNESCO-nun Dünya İrs Komitəsinə təqdim edilib: "Hazırda sənəd qiymətləndirmə mərhələsindədir. Verilən qərara uyğun olaraq sentyabrda komitənin iclasında müzakirəyə çıxarılacaq. Müsbət cavab alınması üçün səylə çalırıq. Bu sənədin xüsusi önəmi onda ibarətdir ki, onu ilk dəfə azərbaycanlı mütəxəssislər hazırlayıb".

Xatırladaq ki, “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya qoruğu ölkə prezidentinin 19 dekabr 2007-ci il tarixli sərəncamı ilə yaradılıb.Dövlət Turizm Agentliyinin tabeliyində olan qoruqda mədəniyyət və turizm əhəmiyyətli tarixi, memarlıq, arxeoloji, etnoqrafik, numizmatik və digər abidələr yerləşir.

Son xəbərlər

Orphus sistemi