“Wizz Air”in buraxılış qabiliyyətinin 10 % azalacağı gözlənilir

“Wizz Air”in buraxılış qabiliyyətinin 10 % azalacağı gözlənilir “Wizz Air” aviaşirkəti “Pratt Whitney” turbofan mühərriklərinə baxış ilə əlaqədar 2024-cü maliyyə ilinin ikinci yarısında uçuşlarının buraxılış qabiliyyətində potensial 10 % azalma gözləyir.
Turizm
12 Sentyabr , 2023 04:51
“Wizz Air”in buraxılış qabiliyyətinin 10 % azalacağı gözlənilir

“Wizz Air” aviaşirkəti “Pratt & Whitney” turbofan mühərriklərinə baxış ilə əlaqədar 2024-cü maliyyə ilinin ikinci yarısında uçuşlarının buraxılış qabiliyyətində potensial 10 % azalma gözləyir.

“Report” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Aerokosmik təchizatçısı RTX daha öncə bildirib ki, 600-dən 700-dək reduktorlu turbofan mühərriki (GTF) keyfiyyət yoxlamaları üçün çıxarılmalıdır ki, bu da, çox güman ki, bəzi təyyarələrin fəaliyyətinin dayandırılmasına yol açacaq.

Agentlik xatırladıb ki, dünyanın hər yerindən hava yolları operatorları pandemiya məhdudiyyətləri yüngülləşdikdən sonra səyahətə olan tələbat bumunu ödəmək məqsədilə imkanları artırmaq üçün mübarizə aparıldığı əsnada “Airbus” təyyarələrini istismar edən “Wizz Air” ilin əvvəlində “Pratt & Whitney”nin “Airbus” təyyarələrindən 1 000-dən çox mühərrikin sökülməsi və mikroskopik çatlarla bağlı yoxlanılmasının lazım olduğuna dair açıqlamasından sonra əlavə çətinlikləri həll etməli olub.

Son xəbərlər

Orphus sistemi