Turoperator və turagentlərin mülki məsuliyyətinin sığortası üzrə tələblər təsdiq edilib

Turoperator və turagentlərin mülki məsuliyyətinin sığortası üzrə tələblər təsdiq edilib Dövlət Turizm Agentliyinin Kollegiyası “Turoperator və turagentlərin mülki məsuliyyətinin sığortası üzrə sığorta məbləğinə dair minimum tələblər” təsdiq edilməsini qərara alıb.
Turizm
10 Sentyabr , 2022 10:40
Turoperator və turagentlərin mülki məsuliyyətinin sığortası üzrə tələblər təsdiq edilib

Dövlət Turizm Agentliyinin Kollegiyası “Turoperator və turagentlərin mülki məsuliyyətinin sığortası üzrə sığorta məbləğinə dair minimum tələblər” təsdiq edilməsini qərara alıb.

"Report" xəbər verir ki, dəyişiklikləri kollegiyanın sədri Fuad Nağıyev təsdiqləyib.

Qərara əsasən, sığorta məbləği turoperator və turagentlərin mikro, kiçik, orta və ya iri sahibkarlıq subyekti olmasından asılı olaraq, aşağıda göstərilən miqdardan az olmayaraq müəyyən edilməlidir:

- Mikro sahibkarlıq subyekti olan turoperator və turagentlər üçün – 50 000 manat;

- Kiçik sahibkarlıq subyekti olan turoperator və turagentlər üçün – 100 000 manat;

- Orta sahibkarlıq subyekti olan turoperator və turagentlər üçün – 200 000 manat;

- İri sahibkarlıq subyekti olan turoperator və turagentlər üçün – 500 000 manat.

Bu tələblərin 2-ci hissəsində müəyyən edilmiş sığorta məbləğləri yalnız “Turizm haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsində nəzərdə tutulmuş müqavilə şərtlərinin pozulmasına görə bağlanılan mülki məsuliyyətin sığortası müqaviləsi üçün nəzərdə tutulur. Həmin sığorta müqaviləsində turoperator və turagent fəaliyyətinin göstərilməsi ilə əlaqədar sahibkarlıq subyektləri ilə bağlanan digər növ mülki-hüquqi müqavilələrdən irəli gələn risklər sığortalandıqda, həmin risklər üzrə sığorta təminatı bu Tələblərin 2-ci hissəsində müəyyən edilmiş sığorta məbləğlərinə daxil edilmir.

Son xəbərlər

Orphus sistemi