Bu il Rusiya vətəndaşlarının yay tətili üçün Azərbaycanda erkən rezervasiyaları ötən illə müqayisədə 79 % çoxdur.
“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, rusiyalı turistlərin yay tətili üçün erkən rezervasiyaları Qazaxıstan, Tailand, İtaliyada və Gürcüstanda 3 dəfə, Belarusda 2 dəfə, Ermənistanda isə 68 % artıb.
Ümumiyyətlə isə, Rusiya vətəndaşlarının erkən rezervasiyaları 1 il əvvələ nisbətən ölkə daxilində 30 %, xarici istiqamətlər üzrə isə 77 % artıb.
Bundan başqa, Azərbaycan bu il Rusiya vətəndaşlarının yay tətilini planlaşdırdıqları ölkələr arasında 6-cı pillədə qərarlaşıb. Həmçinin rusiyalı turistlərin yay tətilini planlaşdırdıqları ölkələr arasında ilk 10-luğa Belarus, Türkiyə, Gürcüstan, İtaliya, Ermənistan, Fransa, Tailand və Qazaxıstan daxildir.