Nazir: "Budəfəki Şopinq Festivalında iştirak edənlər əvvəlki ilə müqayisədə 2 dəfə çoxdur"

Turizm
  • 15 noyabr, 2017
  • 08:10
Nazir: Budəfəki Şopinq Festivalında iştirak edənlər əvvəlki ilə müqayisədə 2 dəfə çoxdur
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev
Report/ Firi Salim

Bakı. 15 noyabr. REPORT.AZ/ "Əvvəlki Şopinq Festivala nisbətən budəfəki festivalda iştirak edənlərin sayında artım 1,5 və ya 2 dəfə olub".

"Report" xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

O qeyd edib ki, ilk Şopinq Festivalına nisbətən bu il festivala gələnlər çoxalıb: "Artıq yerli sakinlər də bu fürsətdən yararlanmağa çalışırlar. Bu ikinci il üçün normal nəticədir. Ümumi alıcıların, iştirakçıların və keçirilən aksiyaların sayı keçən festivala nisbətən təxminən 2 dəfəyə qədər artıb. Biz mövsümlülüyü aradan qaldırmaq üçün festivalı payız və yazda keçirmək qərarına gəldik. Bu da insanların yayda və qışda daha çox istirahətə getməsi ilə bağlıdır."