Naxçıvanın bir sıra turizm məkanlarının GPS məlumatları “Wikiloc” platformasında yerləşdirilib

Naxçıvanın bir sıra turizm məkanlarının GPS məlumatları “Wikiloc” platformasında yerləşdirilib Naxçıvan həm yerli, həm də xarici turistlər üçün səyahətin yorucu deyil, zövqlü olmasını təmin etməkdə maraqlıdır.
Turizm
31 Oktyabr , 2023 22:50
Naxçıvanın bir sıra turizm məkanlarının GPS məlumatları “Wikiloc” platformasında yerləşdirilib

Naxçıvan həm yerli, həm də xarici turistlər üçün səyahətin yorucu deyil, zövqlü olmasını təmin etməkdə maraqlıdır.

Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin əməkdaşı Orxan Cəfərov "Report"un yerli bürosuna bildirib ki, tərəfimizdən muxtar respublikanın Batabat və Pəzməri istiqamətində dağ cığırları əsasında piyada marşrutlarının müəyyən edilməsi üçün işlər həyata keçirilib.

Məqsəd isə Naxçıvanda dağ piyada marşrutlarının müəyyən edilməsi, bu yerlərin turizmin dəyər zəncirinə qazandırılaraq, turistlərə təklif edilməsi, həmçinin ucqar kəndlərdə yaşayan əhalinin turizm sektorunda iştirakının təmin edilməsidir.

Həmçinin Turizm departamentinin əməkdaşı qeyd edib ki, Batabat yaylağındakı göllər, Fərhad evi, qədim karvan yolu və Pəzməri şəlaləsində aparılan qiymətləndirmə zamanı qeydə alınan GPS məlumatları təbiət yürüşü həvəskarları arasında məşhur olan “Wikiloc” platformasında yerləşdirilib.

Qeyd edək ki, indiyədək Şahbuzun Kükü və Keçili kəndləri, Ağbulaq İstirahət Mərkəzi, Gurbulaq, Ballıdüz şəlalələri və Qanlıgöl istiqamətində, Culfa ərazisindəki Haçadağ ətrafında, Ordubadın Parağaçay qəsəbəsi, Ağdərə, Tivi və Bist kəndlərində ekoturizm marşrutları üzrə xəritələr hazırlanıb. Bu marşrutlar boyunca səyahətə çıxanlar maraqlı fauna və flora növləri ilə rastlaşacaqlar.

Son xəbərlər

Orphus sistemi