Misir beynəlxalq uçuşları bərpa etdi
Turizm
- 01 iyul, 2020
- 14:28
Misir hökuməti iyulun 1-dən beynəlxalq təyyarə uçuşlarını bərpa edərək daha əvvəl koronavirusa görə tətbiq edilmiş məhdudiyyətlərin aradan qaldırılması çərçivəsində bir sıra gəzməli yerləri turistlərin üzünə açıb.
“Report” TASS-a istinadən xəbər verir ki, ölkənin mülki aviasiya naziri Məhəmməd Manar Qahirə Beynəlxalq Hava Limanını təftiş edib.
Nazirliyin verdiyi məlumata görə, hava limanının müxtəlif nöqtələrində qurulan 40 qurğu gələnlərin hərarətini ölçür. Həmçinin bütün ərazi boyu dezinfeksiya tədbirləri görülür.
Bu gündən “EgyptAir” şirkəti də 29 beynəlxalq xətdə, o cümlədən Avropaya 17, Afrikaya 4, Yaxın Şərqə 4, Şimali Amerikaya 3, Çinə 1 istiqamətdə uçuşlara mərhələli şəkildə başlayır.
Son xəbərlər
03:34
Serbiya lideri Avropa İttifaqına çağırış edib
Digər ölkələr03:00
Vuçiç BMT-nin fəaliyyətindən narazıdır
Digər ölkələr02:38
Azərbaycan və Mali arasında siyasi məsləhətləşmələrə dair memorandum imzalanıb
Xarici siyasət02:16
Baltikyanı ölkələr Aİ-dən dronlarla mübarizə üçün 500 milyon avro istəyib
Digər ölkələr01:50
Azərbaycan və Dominikan arasında viza rejimi ləğv olunub
Xarici siyasət01:41
Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir
Energetika01:13
Azərbaycan klubları minifutbol üzrə Çempionlar Liqasında mübarizəyə başlayıb
Futbol01:05
Əraqçi Vadefulla görüşdə BMT və Aİ-ni tənqid edib
Region00:53