KİV: Azərbaycanın turizm sektorunda canlanma müşahidə olunur

KİV: Azərbaycanın turizm sektorunda canlanma müşahidə olunur Azərbaycan rəngarəng landşaftı və zəngin mədəni irsi sayəsində böyük turizm potensialına malikdir.
Turizm
24 İyun , 2024 13:51
KİV: Azərbaycanın turizm sektorunda canlanma müşahidə olunur

Azərbaycan rəngarəng landşaftı və zəngin mədəni irsi sayəsində böyük turizm potensialına malikdir.

“Report” xəbər verir ki, bu barədə “Travel And Tour World”də dərc olunan məqalədə qeyd edilib.

“Ölkənin turistik istiqamətləri Xəzər dənizinin sahillərindən tutmuş mənzərəli Muğan və Qarabağ düzənliklərinə, sıx meşələrə və tarixi abidələrə qədər uzanır. İqlim qurşaqlarının müxtəlifliyi ölkənin turizm cəlbediciliyini artırır”, - məqalədə vurğulanıb.

Bildirilib ki, Azərbaycan ekoturizmə artan tələbata cavab olaraq Qusar rayonunda 30 kilometrlik dağ-xizək enişi və 9 kilometr kanat yolu olan böyük qış idman kompleksi inşa edilir: “Fransız və avstriyalı mütəxəssislərin təcrübəsinə əsaslanan bu layihə, xüsusən də Fransa və Almaniyadan olan və Azərbaycanın təbiətini kəşf etməyə həvəs göstərən turistlərdə böyük maraq doğurur”.

Müəllifin sözlərinə görə, hazırda Azərbaycanın turizm sektorunda canlanma müşahidə olunur: “2024-cü ilin ilk 5 ayında Azərbaycana gələn turistlərin sayı 35 % artaraq, 965,555 nəfər təşkil edib”.

Məqalədə qeyd edilib ki, yenilənmiş halal turizmin inkişaf planına əsasən, Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi və inkişafının yeni dövrünə qədəm qoymağa hazırlaşır: “Bu zaman ölkə sənayeni inkişaf etdirmək üçün iqlim, resurslar, sabit iqtisadiyyat, nəqliyyat və kommunikasiya sektorlarında güclü tərəflərindən istifadə etməyi düşünür”.

Son xəbərlər

Orphus sistemi