II "Baku Shopping" Festivalına 400-dən çox ticarət obyekti qoşulub

II "Baku Shopping" Festivalına 400-dən çox ticarət obyekti qoşulub Builki festivalda əsas hədəf xarici turizmin aktivliyinə nail olmaqdır
Turizm
18 Oktyabr , 2017 12:14
II Baku Shopping Festivalına 400-dən çox ticarət obyekti qoşulub
Report/ Elshan Baba

Bakı. 18 oktyabr. REPORT. AZ/ Bu il keçirilən II "Baku Shopping" Festivalında əsas hədəf xarici turistlərdir.

"Report"un verdiyi xəbərə görə, bunu mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov bildirib.

"Birinci festival yerli alıcıların aktivliyi ilə müşahidə olunub. II festivalda əsas hədəf xarici turizmin aktivliyinə nail olmaqdır. Bunun üçün də xüsusi turizm paketləri hazırlanıb. Hazırda xaricdə, Rusiya, ərəb ölkələri və digər potensial turist cəlbi mümkün olan ölkələrdə satışına başlanılıb. İnanırıq ki, II festivalda xarici turist aktivliyi daha çox olacaq", - deyə nazir müavini qeyd edib.

N.Səmədov əlavə edib ki, II festivala qatılan ticarət obyektlərinin sayı kəskin artıb və tədbirə 400-dən çox obyekt qoşulub: "II festivalın yeniliklərindən biri də apteklərin və supermarketlərin də festivla qoşulmasıdır. Pilot layihə olaraq 2 supermarket qoşulub". 

Xatırladaq ki, II Bakı Ticarət Festivalı oktyabrın 15-də başlayıb və noyabrın 15-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi