İhsan Övüt: "Halal turizm standartlarının genişlənməsi Azərbaycanın qlobal bazarda mövqeyini gücləndirə bilər"

İhsan Övüt: "Halal turizm standartlarının genişlənməsi Azərbaycanın qlobal bazarda mövqeyini gücləndirə bilər" Azərbaycan da daxil olmaqla İslam ölkələri, halal turizm standartlarının genişlənməsi ilə qlobal turizm bazarında daha da mövqelərini gücləndirə bilərlər.
Turizm
8 Oktyabr , 2024 12:04
İhsan Övüt: Halal turizm standartlarının genişlənməsi Azərbaycanın qlobal bazarda mövqeyini gücləndirə bilər

Azərbaycan da daxil olmaqla İslam ölkələri, halal turizm standartlarının genişlənməsi ilə qlobal turizm bazarında daha da mövqelərini gücləndirə bilərlər.

"Report" xəbər verir ki, bunu İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutunun (SMIIC) baş katibi İhsan Övüt Bakıda keçirilən Halal Biznes və Turizm Forumunda (AZHAB Forum) deyib.

Onun sözlərinə görə, Azərbaycanın bu sahədə liderlik etməsi, turizm potensialını genişləndirmək və halal sektorunda beynəlxalq standartlara uyğun məhsul və xidmətlər təqdim etməsi böyük əhəmiyyət kəsb edir.

"Ölkə bu sahədə mühüm addımlar atmaqdadır və forumun məhz burada keçirilməsi Azərbaycanın bu istiqamətdə atdığı addımların bir göstəricisidir", - SMIIC-in baş katibi qeyd edib.

O hesab edir ki, halal turizm yalnız İslam dəyərlərinə uyğun səfər edən turistlər üçün deyil, eyni zamanda daha geniş miqyasda etik və təhlükəsiz xidmətlər təqdim etmək baxımından əhəmiyyətlidir: "Bu, turizm destinasiyaları üçün böyük bir potensial yaradır".

İ. Övüt bildirib ki, SMIIC Azərbaycanın bu sahədəki səylərini dəstəkləyir və halal sektorunda beynəlxalq standartların daha geniş tətbiqini təmin etmək üçün sıx əməkdaşlıq etmək üçün hazırdır: "Birlikdə çalışaraq, yalnız İslam ölkələri arasında deyil, həm də qlobal bazarlarda halal məhsul və xidmətlərin keyfiyyətini və etibarlılığını təmin edə bilərik".

Son xəbərlər

Orphus sistemi