İƏT Baş katibi: "Bu il turizm üzrə potensialı artırmaq üçün üzv ölkələrdə təlimlər keçirəcəyik"

İƏT Baş katibi: "Bu il turizm üzrə potensialı artırmaq üçün üzv ölkələrdə təlimlər keçirəcəyik" Bu il İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrdə turizm fəaliyyətinin şaxələndirilməsi, həmçinin təcrübə mübadiləsi və təlimlər vasitəsilə potensialın artırılması istiqamətində işlər görəcəyik.
Turizm
2 May , 2024 11:15
İƏT Baş katibi: Bu il turizm üzrə potensialı artırmaq üçün üzv ölkələrdə təlimlər keçirəcəyik

Bu il İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrdə turizm fəaliyyətinin şaxələndirilməsi, həmçinin təcrübə mübadiləsi və təlimlər vasitəsilə potensialın artırılması istiqamətində işlər görəcəyik.

"Report" xəbər verir ki, bunu İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Xusrav Noziri bu gün Bakıda keçirilən "İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Birinci Turoperatorlar Forumu"nda deyib.

O bildirib ki, İƏT-ə üzv ölkələr arasında turizmin inkişafı üçün əsas məqsədlərə regional istiqamətlərin təşviqi daxildir: "İqtisadi Əməkdaşlıq Təşkilatı nəqliyyat, ticarət, kənd təsərrüfatı, enerji və turizm kimi müxtəlif sektorlar vasitəsilə üzv ölkələrdə iqtisadi fəallığı stimullaşdırmağı hədəfləyir. Qədim İpək Yolu da daxil olmaqla, regionun zəngin mədəni və təbii ehtiyatları sayəsində böyük turizm potensialımız var".

X. Noziri əlavə edib ki, İƏT-in 2025-ci il üzrə baxışı turizm sektorunun əhəmiyyətini vurğulayır və üzv ölkələrin potensialını, əməkdaşlığını gücləndirməklə onun iqtisadi faydalarından istifadə etməyi hədəfləyir.

Son xəbərlər

Orphus sistemi