Fuad Nağıyev: "Sakit Okean-Asiya turizmdə ən dinamik inkişaf edən regionlardandır"
- 29 oktyabr, 2026
- 10:21
Yeniliklərdən dərhal xəbərdar olun!
Sakit Okean-Asiya regionu turizm baxımından ən dinamik və sürətlə inkişaf edən bölgələrdən biridir.
"Report" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Bakıda keçirilən "PATA Hosted Buyers Summit Baku 2026"da deyib.
Onun sözlərinə görə, bu region ölkələri ilə daha sıx əlaqələrin qurulması turizmin inkişafı üçün yeni perspektivlər aça, təcrübə mübadiləsini stimullaşdıra və bütün tərəflər üçün davamlı faydalar gətirə bilər: "Bu baxımdan PATA regionla daha yaxın əlaqələrin qurulmasında mühüm platforma rolunu oynayır. PATA ilə tərəfdaşlığımız onun əsas tədbirlərindəki fəal iştirakımızda öz əksini tapır".
F.Nağıyev qeyd edib ki, son illərdə Azərbaycan nümayəndə heyətləri Makao, İstanbul və Koreyada keçirilən PATA İllik Sammitlərində iştirak ediblər: "Biz həmçinin yerli turizm sənayemizin nümayəndələri ilə birlikdə vahid milli stend altında Banqkok və Kuçinq şəhərlərində keçirilən "PATA Travel Mart" sərgilərində Azərbaycanın turizm potensialını təqdim etmişik".