Fuad Nağıyev: Qastroturizmin inkişafı fəaliyyət istiqamətlərimiz arasında xüsusi yer tutur

Fuad Nağıyev: Qastroturizmin inkişafı fəaliyyət istiqamətlərimiz arasında xüsusi yer tutur Azərbaycanda qastroturizmin inkişafı fəaliyyət istiqamətlərimiz arasında xüsusi yer tutur.
Turizm
29 İyul , 2024 19:49
Fuad Nağıyev: Qastroturizmin inkişafı fəaliyyət istiqamətlərimiz arasında xüsusi yer tutur

Azərbaycanda qastroturizmin inkişafı fəaliyyət istiqamətlərimiz arasında xüsusi yer tutur.

“Report” xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev rəhbərlik etdiyi qurumun və Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə Bakıda keçirilən “Qərbi Azərbaycanın Qastronomiya Günü” tədbirində çıxışı zamanı deyib.

"Bu istiqamətdə fəaliyyətimiz yalnız qastronomik turların təşkili və ya milli mətbəximizin tanıdılmasını ehtiva etmir. Eyni zamanda, regionlarda unudulmuş, qədim dadları üzə çıxarmaq, biomüxtəlifliyi qorumaq və yerli qastronomiyanın tanınmasına nail olmaq da qastroturizmin inkişafına daxildir", - F.Nağıyev qeyd edib.

O bildirib ki, qədim Azərbaycan yeməklərinin aşkara çıxarılaraq nəsillərdən-nəsillərə ötürülməsi bizim həm də mənəvi borcumuzdur:

"Bu, yalnız kulinariya nümunələri deyil, həmçinin yerli adət-ənənələrin, milli mədəni irsin və yerli mədəniyyətin qorunub saxlanması, dünya irsinə qazandırılması deməkdir".

Son xəbərlər

Orphus sistemi