Fuad Nağıyev: "Orta Asiya ölkələrinə birbaşa aviareyslər effektivdir"

Fuad Nağıyev: "Orta Asiya ölkələrinə birbaşa aviareyslər effektivdir" Bakıdan Orta Asiya ölkələrinin müxtəlif şəhərlərinə həyata keçirilən birbaşa aviareysləri effektiv adlandırmaq olar.
Turizm
17 İyul , 2023 18:34
Fuad Nağıyev: Orta Asiya ölkələrinə birbaşa aviareyslər effektivdir

Bakıdan Orta Asiya ölkələrinin müxtəlif şəhərlərinə həyata keçirilən birbaşa aviareysləri effektiv adlandırmaq olar.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib.

Bu ilin I yarısında Bakıdan Özbəkistana təşkil edilmiş təyyarə reyslərinin sayı, bütövlükdə ötən il bu ölkəyə həyata keçirilmiş aviareyslərin sayı ilə eynidir. Belə uçuşlar effektivdir", - deyə o qeyd edib.

"Prioritet olaraq müəyyən etdiyimiz, Azərbaycanın turizm bazarı hesab etdiyimiz 28 ölkə var. Həmin ölkələr Avrasiya materikini əhatə edir. Bunlar, Avropanın bəzi ölkələri, Yaxın Şərq ölkələri, yaxın qonşularımız, Cənubi və Şərqi Asiya ölkələridir ki, biz daha çox oralardan turist cəlb etməyi nəzərdə tuturuq.Turistləri cəlb etmək üçün birbaşa reyslərin olması mütləqdir. Biz "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) bizim prioritet hesab etdiyimiz bazarlara birbaşa uçuşlara başlamasını və uçuşların sayını artırmasını təqdirəlayiq hal hesab edirik”, - deyə F.Nağıyev əlavə edib.

Son xəbərlər

Orphus sistemi