Florian Zenqstşmit: “Azərbaycanda şərab turizminin inkişafı üçün böyük potensial mövcuddur”

Florian Zenqstşmit: “Azərbaycanda şərab turizminin inkişafı üçün böyük potensial mövcuddur” Qlobal Şərab Turizmi Təşkilatının (GWTO) prezidenti Xose Antonio Vidal və təşkilatın Avrasiya regionu üzrə vitse-prezidenti Leonid Gelibterman tərəfindən müvafiq mövzular üzrə çıxışlar edilib
Turizm
2 Dekabr , 2023 17:27
Florian Zenqstşmit: “Azərbaycanda şərab turizminin inkişafı üçün böyük potensial mövcuddur”
Florian Zenqstşmit:

Azərbaycanda şərab turizminin inkişafı üçün böyük potensial mövcuddur.

"Report" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin tabeliyindəki Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmit "Azərbaycanda şərab turizminin inkişaf perspektivləri" mövzusuna həsr olunmuş konfransda çıxışı zamanı bildirib.

F. Zenqstşmid bildirib ki, Azərbaycanın şərabçılıq ənənələrinin və məhsullarının iştirak edilən beynəlxalq turizm sərgilərində nümayiş etdirilir.

Qeyd edək ki, "Azərbaycanda şərab turizminin inkişaf perspektivləri" mövzusuna həsr olunmuş konfrans ölkədə şərab turizminin inkişafı üçün mövcud olan imkanlar haqqında fikir mübadiləsi aparmaq və bu sahədə baş verən son yenilikləri bölüşmək məqsədilə keçirilib. Konfrans Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə baş tutub.

Qlobal Şərab Turizmi Təşkilatının (GWTO) prezidenti Xose Antonio Vidal və təşkilatın Avrasiya regionu üzrə vitse-prezidenti Leonid Gelibterman tərəfindən müvafiq mövzular üzrə çıxışlar edilib.

Konfrans çərçivəsində Azərbaycan Turizm Bürosunun Qastronomiya Turizminin idarəedilməsi departamentinin direktoru Səkinə Əsgərova Azərbaycanda qastronomiya turizmi sahəsində nəzərdə tutulan layihələr barədə məlumatlar iştirakçıların diqqətinə çatdırıb.

Bundan əlavə, şərab istehsalı və şərab turizmi üzrə ixtisaslaşmış şirkət nümayəndələri təmsil etdikləri şirkətlərin təcrübələrini əks etdirən məlumat xarakterli təqdimatlar ediblər.

Qeyd edək ki, Dövlət Turizm Agentliyi tərəfindən Azərbaycanın beynəlxalq səviyyədə tanınan yerli üzüm sortlarının və şərab növlərinin mövcudluğu nəzərə alınaraq şərabçılıq turizminin beynəlxalq səviyyədə təbliğatı aparılır. Ölkəmizdə qərb, şimal və şimal-qərb turizm marşrutları üzrə, o cümlədən Xocavənd rayonunun Tuğ qəsəbəsində mövcud qədim şərabçılıq ənənələrinin yaşadılması və turizm məqsədli istifadəsi əsas inkişaf istiqamətləri sırasındadır.

Azərbaycan 20 ölkənin şərabçılıq marşrutunu özündə birləşdirən, Avropa Şurası və Avropa Mədəni Marşrutlar İnstitutu tərəfindən şərab irsi və şərabçılıq turizmini, eləcə də dayanıqlı turizm növlərini təşviq etmək məqsədini yaradılmış "İter Vitis" maddi və qeyri-maddi şərabçılıq mədəni marşrutunun üzvüdür.

Həmçinin konfrans çərçivəsində Azərbaycanda ilk olaraq Şəki Şərab Zavodunun GWTO üzv olması haqqında rəsmi sertifikatın təntənəli təqdimatı olub.

Son xəbərlər

Orphus sistemi