Florian Zenqstşmid: "Azərbaycanın İpək Yolu irsi üzərində işləyirik"

Florian Zenqstşmid: "Azərbaycanın İpək Yolu irsi üzərində işləyirik" Azərbaycan səyahətçiləri üçün daha asan və təhlükəsiz olacaq
Turizm
6 Aprel , 2021 15:25
Florian Zenqstşmid: Azərbaycanın İpək Yolu irsi üzərində işləyirik
Florian Zenqstşmid

“Pandemiya təbiətlə əlaqəli, ekoloji təmiz və açıq hava fəaliyyətlərinə tələbi daha da artırdı. İnsanlar həqiqi mədəni inteqrasiyanı təmin edən yeniliklər axtarırlar”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid deyib.

Onun sözlərinə görə, sərhədlərin bağlanması səbəbi ilə Azərbaycan vətəndaşları və sakinləri arasında daxili səyahətə artan tələb var. Bu misilsiz dövrdə turizm sektoruna dəstək olmaq və yerli sakinləri Azərbaycanın təqdim etdiyi gözəllikləri kəşf etməyə təşviq etmək üçün “Macəra Yaxındadır” adlı daxili turizm kampaniyasına başladıq:

“Pandemiya fəaliyyətimizi yenidən qiymətləndirməyə təşviq etdi. Yeni normala doğru irəliləməyimiz üçün yenidən fokuslanmamıza, yenidən qurmağımıza və yeni bir strateji çərçivə inkişaf etdirməyimizə kömək etdi. Sağlamlıq, gigiyena, təhlükəsizlik və davamlı turizmə daha çox diqqət ayıraraq pandemiyadan sonrakı dövrə hazırlaşırıq. Yürüyüş marşrutlarının işarələnməsi və quş izləmə üçün infrastrukturun yaradılması kimi təbiət və ekoloji turizmin inkişafını və ayrıca qida səyahət çərçivəsi və kənd qonaq evi infrastrukturunun yaxşılaşdırılması kimi real, orijinal təcrübələri və fəaliyyətləri xüsusi ilə vurğulayırıq”.

F.Zenqstşmid bildirib ki, Azərbaycan kütləvi turizm bölgəsi olmadığına görə, səyahətçilər üçün doğru zamanda ölkənin valehedici təsuratlarından zövq almaq daha asan və təhlükəsiz olacaqdır.

“Pandemiyanın başlanğıcından bəri daxili turizmin təşviqinə, yeni məhsulların inkişafına və sektorda işləyənlər üçün təlim və bacarıqların artırılmasına yönəlmiş geniş bir strategiya üzərində işləyirik. Strategiyamız, süni şəkildə yeni şeylər yaratmaqdansa, ölkə miqyasında mövcud güclü tərəflərinə və təbii ehtiyatlarına əsaslanan yeni marşrutlar və məhsullar inkişaf etdirmək üçün yerli mütəxəssislər və turizm sektoru nümayəndələri ilə işləməkdir. Pandemiya müxtəlif assosiasiyalar vasitəsilə sektorun liderləri ilə əlaqələrimizi möhkəmləndirməyə davam etməyimizə imkan verdi. Məsələn, Azərbaycanın hotel sənayesinin qlobal rəqabət qabiliyyətini yaxşılaşdırmaq üçün Azərbaycan Otellər Assosiasiyası ilə ortaq şəkildə Milli Otel Ulduz Təsnifatına start verdik.

Quba bölgəsindəki yəhudilərdən, İsmayıllıdakı rus molokanlarına və Qafqaz dağlarının qədim tayfalarına qədər Azərbaycanda yaşayan saysız-hesabsız mədəniyyətlərin, etniklərin və inancların olduğunu nəzərə alaraq Polşa və Yəhudi irsinin, həmçinin digər oxşar turizm marşrutlarının inkişaf etdirilməsi üzərində həvəslə çalışırıq. Bundan başqa, xalçaçılıq və misgərlik kimi ucqar kəndlərdə tətbiq olunan çoxəsrlik əl sənətkarlığını, orta əsr abidələri və Azərbaycan mətbəxindəki inqrediyentlərin birləşməsi ilə Azərbaycanın İpək Yolu irsi üzərində işləyirik.

Azərbaycan, Qafqaz dağları, Xəzər dənizi, cənubda subtropik zona, ecazkar mənzərə və açıq hava tədbiri təqdim edən göllər, meşələr və yarım səhralara ev sahibliyi edir”.

Son xəbərlər

Orphus sistemi