“Dubai Airports”un rəhbəri: “COVID-19 pasportlarına alternativ görmürəm”

“Dubai Airports”un rəhbəri: “COVID-19 pasportlarına alternativ görmürəm” "Belə bir sənədin tətbiqi qaçılmazdır”
Turizm
16 May , 2021 14:53
“Dubai Airports”un rəhbəri: “COVID-19 pasportlarına alternativ görmürəm”

Dubayın hava limanlarını idarə edən “Dubay Airports” şirkətinin baş direktoru Pol Qriffits COVID-19 pasportlarına alternativ görmədiyini bildirib.

“Report” xəbər verir ki, onun açıqlaması “The National” qəzetində dərc olunub.

“Mən (COVID-19 əleyhinə vaksinasiya pasportlarına – red.) alternativ olduğunu düşünmürəm. Belə bir sənədin tətbiqi qaçılmazdır”, – P.Qriffits bildirib.

Bir qədər öncə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) sərnişinin sağlamlığı barədə məlumatları özündə daşıyan “IATA Travel Pass” adlı rəqəmsal səyahət vəsiqəsi üzərində işlədiyini açıqlayıb. Mobil tətbiq kimi yaradılacaq “IATA Travel Pass” vəsiqəsində sərnişinin əvvəllər koronavirusa yoluxub-yoluxmadığı, son testinin nəticələri, ona vurulmuş peyvəndlər barədə məlumatlar olacaq.

Bu sənəd həmçinin turistə getdiyi ölkənin tələblərini, məsələn karantindən keçməyin lazım olub-olmadığı, harada peyvənd vurdurmağın mümkün olduğu, ölkəyə giriş üçün PZR (polimeraz zəncir reaksiyası) testinə ehtiyac olub-olmadığına dair məlumat almasına imkan verir.

Son xəbərlər

Orphus sistemi