Dövlət Turizm Agentliyi hotellərdə monitorinqləri gücləndirəcək

Dövlət Turizm Agentliyi hotellərdə monitorinqləri gücləndirəcək Nazirlər Kabinetinin pandemiya dövründə mehmanxanaların fəaliyyətinin təşkili qaydaları haqqında qərarının icrasına nəzarət edilməsi məqsədilə Dövlət Turizm Agentliyi digər dövlət qurumları ilə birlikdə hotellərdə aparılan monitorinqləri bayram günlərində
Turizm
28 Dekabr , 2021 14:42
Dövlət Turizm Agentliyi hotellərdə monitorinqləri gücləndirəcək

Nazirlər Kabinetinin pandemiya dövründə mehmanxanaların fəaliyyətinin təşkili qaydaları haqqında qərarının icrasına nəzarət edilməsi məqsədilə Dövlət Turizm Agentliyi digər dövlət qurumları ilə birlikdə hotellərdə aparılan monitorinqləri bayram günlərində daha da intensivləşdirəcək.

Bu barədə "Report"a Agentlikdən bildirilib.

Məlumata görə, qonaqların və hotel əməkdaşlarının təhlükəsizliyini, eləcə də Bakıda və regionlarda yerləşən hotellərin davamlı fəaliyyətini təmin etmək məqsədilə aparılan monitorinqlərdə gigiyena və sanitariya tədbirlərinin tətbiq edilməsi və karantin rejimi qaydalarına əməl edilmə səviyyəsi yoxlanılacaq.

"Bir daha hotellərin işçi heyətinə və qonaqlara xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə COVID-19 pasportunun olması, sosial məsafənin gözlənilməsi, eləcə də dezinfeksiyaedici məhlullardan, bütün qapalı və açıq məkanlarda tibbi maskadan istifadə edilməsinin məcburi olması barəsində xəbərdarlıq edir, pandemiya ilə əlaqədar olaraq müəyyən edilmiş məhdudiyyət və tələblərə ciddi riayət etməyə çağırırıq", - Agentlik bəyan edib.

Son xəbərlər

Orphus sistemi