Dövlət Turizm Agentliyi Çin mətbəxi ilə bağlı araşdırma aparıb

Dövlət Turizm Agentliyi Çin mətbəxi ilə bağlı araşdırma aparıb "Çinli turistlər getdikləri ölkələrdə öz mətbəxlərinə məxsus yeməkləri dadmaq istəyirlər".
Turizm
6 İyun , 2023 12:01
Dövlət Turizm Agentliyi Çin mətbəxi ilə bağlı araşdırma aparıb

"Çinli turistlər getdikləri ölkələrdə öz mətbəxlərinə məxsus yeməkləri dadmaq istəyirlər".

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən “Azərbaycanın qastroturizm perspektivləri” mövzusunda tədbirdə Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə deyib.

"Agentlik Çin mətbəxi ilə bağlı araşdırma aparıb. Biz bir müddət öncə çinli turistlərin ölkəyə cəlb edilməsinə dair iş aparanda məlum oldu ki, onlar getdikləri ölkələrdə sırf öz mətbəxlərinə məxsus yeməkləri dadmağı istəyirlər. Məhz buna görə də biz öz qastranomlarımızla işləri bu istiqamətdə qururuq”, - deyə o qeyd edib.

Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova isə bildirib ki, Azərbaycanın unudulmaqda olan yeməklərinin təbliği üzrə iş aparılır: “Milli mətbəximizin ən tanınan nümunələri dolma və kababdır. Amma bizim mətbəx çox zəngindir. Ona görə unudulmaqda olan milli mətbəx nümunələrini təbliğ etməyi düşünürük. Bunun üçün bir sıra qurumlarla birlikdə iş aparılır. İlkin olaraq bir neçə pilot səfərlər təşkil etməyi nəzərdə tuturuq. Daha sonra isə bu layihə də biznesə açıq olacaq və qonaqlarımız unudulmaqda olan yeməklərimizlə tanış olacaqlar".

Son xəbərlər

Orphus sistemi