Böyük Britaniyanın aparıcı səyahət jurnalı “Wanderlust” Azərbaycanı 2025-ci ilin səyahət etmək üçün ən yaxşı 25 istiqaməti siyahısına daxil edib.
“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, Azərbaycan turistlərə özünəməxsus mədəni təcrübələr təqdim edir.
Qeyd olunub ki, siyahıya, ziyarətçiləri ənənəvi marşrutlardan kənarlaşdırmaq və turist sıxlığının çox olduğu yerlərdən uzaqlaşdırmaq məqsədilə seçilmiş az tanınan məkanlar daxildir. “Bu məkanlar maraqlı, cəsarətli və məsuliyyətli səyahətçilər üçün həqiqətən xüsusi təcrübə təklif edir”.
“Wanderlust” 25 yerlik siyahısında Azərbaycandan başqa, BƏƏ (Əbu-Dabi), Kanada (Alberta), Bermuda, Kolumbiya, Kosta-Rika (Corcovado National Park), Xorvatiya (Dubrovnik), El Salvador, ABŞ (Florida, Tennessee və Şimali Karolina), Almaniya, Yaponiya, Malaziya, ABŞ (Mississippi), Namibia, ABŞ (Nyu York ştatı), Qətər, Braziliya (Rio de Janeiro), Səudiyyə Ərəbistanı (Riyad), Rvanda, Avstriya (Salzburg və Vyana), Sinqapur, Sloveniya (Small-town), Avstraliya (Uluṟu-Kata Tjuṯa National Park), Özbəkistan və Litva (Vilnus) yer alıb.