​Bakıda gənc ixtiraçıların kəşf nümunələrinin sərgisi olub

Turizm
  • 07 yanvar, 2016
  • 18:44
​Bakıda gənc ixtiraçıların kəşf nümunələrinin sərgisi olub

Bakı. 7 yanvar. REPORT.AZ/ Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənc alimlər iş başında!” adlı layihə həyata keçirilib.

"Report" xəbər verir ki, layihə çərçivəsində 50-yə yaxın istedadlı gənc ixtiraçıların kəşf nümunələrinin 3 gün ərzində sərgisi keçirilib.

Layihənin əsas məqsədi gənc alimlərin ixtiaralarına dəstək və onların bu fəaliyyətinin gələcək inkişafına nail olmaq, həmçinin layihədə xüsusi fərqlənmiş iştirakçıların beynəlxalq arenada öz kəşf etdikləri "nou-hau"larının tanıdılmasına nail olmaqdır.