Azərbaycanla Hindistan arasında turizm əlaqələri təşviq etdiriləcək

Azərbaycanla Hindistan arasında turizm əlaqələri təşviq etdiriləcək Bu ilin avqustun 9-da “Azərbaycan Hava Yolları” QSC Bakı ilə Dehli arasında birbaşa aviareys açacaq, bu, iki ölkə arasında turizm sahəsində əməkdaşlığı inkişaf etdirəcək.
Turizm
26 İyul , 2022 16:07
Azərbaycanla Hindistan arasında turizm əlaqələri təşviq etdiriləcək

Bu ilin avqustun 9-da “Azərbaycan Hava Yolları” QSC Bakı ilə Dehli arasında birbaşa aviareys açacaq, bu, iki ölkə arasında turizm sahəsində əməkdaşlığı inkişaf etdirəcək.

“Report” xəbər verir ki, bunu Hindistan səfirliyinin birinci katibi Vinay Kumar Azərbaycan və Hindistan arasında turizm sahəsində fəaliyyət göstərən şirkətlərin onlayn B2B görüşündə çıxış edərkən deyib.

Onun sözlərinə görə, bu, Bakı ilə Dehli arasında səyahət müddətini 4 saatdan bir qədər çox azaldacaq.

O qeyd edib ki, Hindistan üçün turizm sektoru xüsusi əhəmiyyət kəsb edir: “Turizm Hindistanın xidmət sektorunun ən böyük komponentlərindən biridir və turizm hər il Hindistanın ÜDM-nin 7 %-ə yaxınını təşkil edir. Turizm sektorunun pandemiyadan sonra əsaslı şəkildə artımı gözlənilir. Hindistan hökuməti Azərbaycan da daxil olmaqla 150-dən çox ölkəyə elektron viza rejimini tətbiq etməklə turizm infrastrukturunun yaxşılaşdırılması və Hindistana səyahətin asanlaşdırılması da daxil olmaqla müxtəlif tədbirlər həyata keçirib".

V. Kumar bildirib ki, son bir neçə ildə Hindistandan Azərbaycana turizm axını əhəmiyyətli dərəcədə artsa da, məsafə uzaq olduğu üçün Azərbaycandan Hindistana az sayda ziyarətçi var: "Ola bilsin ki, bu, qonaqların seçə biləcəyi çoxlu sayda cəlbedici yerlər haqqında məlumatlılığın olmaması ilə əlaqədar ola bilər. Ona görə də ümid edirəm ki, bugünkü mübadilələr və təqdimatlar vasitəsilə biz Azərbaycandakı əsas maraqlı tərəflərə daha çox məlumat verə biləcəyik və Hindistana gələn qonaqları qarşılamağa daha yaxşı hazırlaşacağıq. Mən Hindistandakı bütün turoperatorlarından bu fürsətdən yararlanaraq cəlbedici turizm paketləri təqdim etmələrini xahiş etmək istəyirəm”.

Səfirliyin rəsmisi qeyd edib ki, Hindistan və Azərbaycan arasında tarixi və mədəni əlaqələrə əsaslanan isti və dostluq münasibətləri mövcuddur: “2022-ci ilin ilk 6 ayında iki ölkə arasında ticarət dövriyyəsi 895 milyon ABŞ dolları təşkil edib, bu isə 2021-ci illə müqayisədə 21 % çoxdur. Hindistan hazırda Azərbaycan üçün dördüncü ən böyük ixrac ölkəsidir".

Son xəbərlər

Orphus sistemi