Azərbaycanın qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 3 dəfəyə yaxın artıb

Azərbaycanın qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 3 dəfəyə yaxın artıb Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın qarşılıqlı turizm xidmətlərinin dövriyyəsinin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 dəfə artaraq 1,296 milyard ABŞ dolları təşkil edib.
Turizm
15 Dekabr , 2022 10:06
Azərbaycanın qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 3 dəfəyə yaxın artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın qarşılıqlı turizm xidmətlərinin dövriyyəsinin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 dəfə artaraq 1,296 milyard ABŞ dolları təşkil edib.

"Report" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Hesabat dövründə turizm xidmətləri üzrə idxalın dəyərinin (692 milyon dollar) ixracın dəyərini (604 milyon dollar) üstələməsi nəticəsində 88 milyon dollarlıq kəsir yaranıb. Baxmayaraq ki, son 1 ildə xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 67% , Azərbaycana gələn xarici vətəndaşların sayı isə 2,2 dəfə artıb.

Hesabat dövründə xarici ölkələrin Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərdiyi xidmətlərin dəyərinin 82,9 %-i ölkə vətəndaşlarının şəxsi səfərləri ilə bağlı olub (məkik idxalı üçün vəsaitlər istisna olmaqla).

Son xəbərlər

Orphus sistemi