Azərbaycandan turist axını 15 %-dən çox artıb
Turizm
- 21 yanvar, 2025
- 08:17
2024-cü ildə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 2023-cü illə müqayisədə 15,5 % artaraq 2158,9 min nəfər olub.
Bu barədə “Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, vətəndaşların 41 %-i Türkiyəyə, 20,7 %-i Rusiyaya, 8,7 %-i Gürcüstana, 8,7 %-i İrana, 20,9 %-i digər ölkələrə səfər edib. Gedənlərin 63,8 %-ni kişilər, 36,2 %-ni qadınlar təşkil edib.
Son 1 ildə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 32 %, Rusiyaya gedənlərin sayı 11,6 %, Gürcüstana gedənlərin sayı 11,5 %, Türkiyəyə gedənlərin sayı 8,5 % artıb.
Ötən il xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 69,4 %-i hava, 28,5 %-i dəmir yolu və avtomobil, 2,1 %-i isə dəniz nəqliyyatından istifadə edib.
Son xəbərlər
08:35
"Beşiktaş" və "Qalatasaray"ın keçmiş prezidentləri saxlanılıblar
Futbol08:32
İran İsrail və ABŞ bazalarına 80-ci zərbə dalğasını elan edib
Region08:07
Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə sistemləri İranın beş dronunu vurub
Digər ölkələr07:36
Avstraliya aviaşirkəti yanacağın qiymətinin artımı səbəbindən Yeni Zelandiyaya uçuşları azaldıb
Digər ölkələr07:18
ABŞ-nin İrana qarşı əməliyyatlarında təxminən 290 hərbçisi yaralanıb
Digər ölkələr06:48
İran ABŞ və İsrailin olmadığı regional təhlükəsizlik ittifaqının yaradılmasına çağırıb
Region06:23
"Delta" şatdaun səbəbindən konqresmenlər üçün xüsusi xidmətləri dayandırıb
Digər ölkələr05:59
Tramp Macarıstanda seçkilər ərəfəsində Orbanı dəstəkləyib
Digər ölkələr05:34