Azərbaycandan xaricə birbaşa və tranzit yolla səfər üçün aviabiletlərin qiymətləri açıqlanıb

Azərbaycandan xaricə birbaşa və tranzit yolla səfər üçün aviabiletlərin qiymətləri açıqlanıb Bu ilin iyul ayı üçün Azərbaycandan birbaşa və tranzit yolla xaricə səfər üçün aviabiletlərin minimum qiymətləri açıqlanıb.
Turizm
13 İyun , 2024 17:23
Azərbaycandan xaricə birbaşa və tranzit yolla səfər üçün aviabiletlərin qiymətləri açıqlanıb

Bu ilin iyul ayı üçün Azərbaycandan birbaşa və tranzit yolla xaricə səfər üçün aviabiletlərin minimum qiymətləri açıqlanıb.

“Report” Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, gələn ay birbaşa aviareyslərdə ən yüksək qiymət 347,7 avro ilə Pakistanın Lahor şəhərinədir. Bu şəhərə tranzit uçuşla isə qiymət 294,4 avro təşkil edib. Bu da 2023-cü ilin eyni ayı ilə müqayisədə müvafiq olaraq 18,2 % çox 11,9 % isə azdır.

İkinci yerdə aviabiletlərin ən yüksək minimal qiyməti Pakistanın Karaçi şəhərinədir. Bu şəhərə birbaşa və tranzitlə biletlərin qiyməti müvafiq olaraq 320,1389,1 avro təşkil edir. Ötən ilin eyni dövrü ilə müqayisədə qiymətlər müvafiq olaraq 24 %92 % artıb.

Üçüncü pillədə Çinin Pekin şəhəri gəlir. Bu şəhərə birbaşa minimal uçuş biletlərin qiyməti 301,7 avro, tranzitlə isə 307,2 avrodur. Ötən il iyul ayında Çinə birbaşa reyslər olmayıb. Tranzit biletlərin qiyməti isə il ərzində 22,2 % artıb.

Tranzit yolla səfər üçün aviabiletlərin ən yüksək minimum qiyməti 632,9 avro (+9,1%) olmaqla Yaponiyanın Tokio şəhərinədir. İlk üçlüyə Cənubi Koreyanın Seul şəhəri 619,1 avro (+1,6 %) və ABŞ-nın Nyu-York şəhəri 445 avro (-31%) olmaqla daxil olub. Qeyd edək ki, bu şəhərlərə birbaşa reyslər yoxdur.

Bundan əlavə, Azərbaycandan əsas istiqamətlər üzrə Rusiya,Turkiyə, BƏƏ və Gürcüstana da birbaşa və tranzit yolla səyahət edənlər üçün aviabiletlərin minimum qiymətləri açıqlanıb.

İyul ayında birbaşa aviareyslərdə ən yüksək qiymət 261,2 avro ilə Rusiyanın Krasnoyarsk şəhərinədir. Bu şəhərə tranzit uçuşla isə qiymət 178,4 avro təşkil edib. Bu, ötən ilin eyni ayı ilə müqayisədə müvafiq olaraq 67,6 % 39,5 % isə azalıb.

Novosibirsk şəhərinə birbaşa 239,2 avroya (-17,4%), tranzitlə 201,4 avroya (-63,3%), Sankt-Peterburqa birbaşa 202,4 avroya (-6,7%), tranzitlə 187,8 avroya (-43,7%), Yekaterinburqa birbaşa 188,6 avroya (-29,3%), tranzitlə 230,9 avroya (+5%), Samaraya birbaşa 184 avroya (-2,7%), tranzitlə 201,4 avroya (-24,6%), Ufaya birbaşa 164 avro (-16,4%), tranzitlə 196,8 avroya (-32,1%), Kazana birbaşa 164,6 avroya (-23,9%), tranzitlə 201,4 avroya (-18,4%), Moskvaya birbaşa 161,9 avroya (-16,7%), tranzitlə 171,1 avroya (-7,5%), Volqoqrada birbaşa 143,5 avroya (-17%), tranzitlə 199,5 avroya (-12,2%), Mineralnıye Vodıya 129,7 avroya (-34,9%), tranzitlə 139 avroya (-41,7%), Vladiqafqaza birbaşa 107,6 avro, tranzitlə 167,4 avroya (-2 dəfə), Soçiyə birbaşa 109 avroya (-38,3%), tranzitlə 155,4 avroya (-42,8%), Qroznıya birbaşa 64,4 avroya (-2,2 dəfə), tranzitlə 235,5 avroya (-25,2%), Mahaçqalaya birbaşa 85,5 avroya (-2,9 dəfə), tranzitlə 198,7 avroya (-19,2), Həstərxana birbaşa 94,7 avroya (-56,2%), tranzitlə 230 avroya (+3,6) səfər etmək mümkün olacaq.,

Türkiyə istiqamətində aviabiletlərin qitməti Antalyaya birbaşa 203,3 avro (-0,3%), tranzitlə 152,7 avro (-23,7%), Bodruma birbaşa 207 avro (-2,4%), tranzitlə 157,3 avro (-6,8%), İstanbula birbaşa 111 avro (-26%), İzmirə birbaşa 103 avro (-23,3 %), tranzitlə 119,6 avro (-43,8%), Ankaraya birbaşa 94,7 avro (+52%) təşkil edir.

Ərəb ölkələrinə aviabiletlərin qitməti Küveyt şəhərinə birbaşa 261,2 avro (+2,1 dəfə), tranzitlə 229 avro (+10,6%), Dubaya birbaşa 109 avro (-55%), Əbu-Dabiyə birbaşa 48,7 avro (+17%), tranzitlə 293,4 avro (+2 dəfə) səviyyəsində müəyyən olunub.

Gürcüstana isə uçuşlar Tbilisiyə birbaşa 89,2 avroya (+2,5%), Batumiyə 94,7 avroya (+27,7%), tranzitlə 111,3 avroya (-60%) başa gəlir.

Son xəbərlər

Orphus sistemi