Azərbaycanda turizm rekreasiya zonaları ilə bağlı əsasnamə hazırlanır

Azərbaycanda turizm rekreasiya zonaları ilə bağlı əsasnamə hazırlanır Dövlət Turizm Agentliyi Azərbaycanda turizm rekreasiya zonaları ilə bağlı əsasnamə hazırlayır.
Turizm
4 Mart , 2022 16:16
Azərbaycanda turizm rekreasiya zonaları ilə bağlı əsasnamə hazırlanır

Dövlət Turizm Agentliyi Azərbaycanda turizm rekreasiya zonaları ilə bağlı əsasnamə hazırlayır.

"Report" xəbər verir ki, bunu Agentliyin sədrinin müşaviri Kənan Quluzadə bildirib.

"Turizm haqqında" yeni qanunun qəbul edilməsi ilə bizi bir sıra yeniliklər gözləyir. Bunlardan biri turizm sahəsində mülki məsuliyyət sığortasının tətbiqidir ki, bu ildən olacaq. Bununla bağlı qanunun alt sənədləri hazırlanmalıdır. Hazırda bununla bağlı reyestr də hazırlanır. Digər məsələ mehmanxanaların məcburi ulduzlaşması tələbidir. Burada tam aydın bir mənzərə var. Alt sənədlər hazırdır və prosesin hansı sistemlə həyata keçiriləcəyi bilinir. Səfər sığortaları ilə bağlı alt sənədlər hazırlanıb. Bir də son vacib məqam turizm rekreasiyası zonalarının yaradılmasıdır ki, biz bununla bağlı əsasnamə hazırlayırıq", - deyə o, qeyd edib.

Son xəbərlər

Orphus sistemi