Azərbaycanda daxili turizmin təbliği ilə bağlı yeni videoçarx hazırlanıb
Turizm
- 16 dekabr, 2020
- 11:27
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Turizm Bürosu (ATB) koronavirus (COVID-19) pandemiyasından sonra turizmin təşviqi məqsədilə təbliğat videoçarxı hazırlayıb.
Bu barədə "Report"a ATB-dən məlumat verilib.
Bildirilib ki, məqsəd daxili turizmi təbliğ etmək, auditoriyaya pandemiyaya qalib gəldikdən sonra sərbəst formada Azərbaycanın bölgələrini gəzmək və ölkəmizi bir daha kəşf etmək mesajını çatdırmaqdır.
Təbliğat çarxında Xəzər dənizi, Azərbaycanın dağları, meşələri, tarixi abidələri və Şirvan düzü kimi tarixi və mədəni turizm obyektləri sadalanır, onların görüntüləri təqdim olunur.
Əsasən yerli auditoriya üçün nəzərdə tutulan təbliğat çarxı xarici turistlər üçün ingilis və rus dillərində subtitrlərlə hazırlanıb.
Azərbaycanda daxili turizmin təbliği ilə bağlı yeni videoçarx hazırlanıb
Son xəbərlər
10:01
Azərbaycan Basketbol Liqasında III tura start verilir
Komanda
09:59
BƏƏ sahillərində gəmi hücuma məruz qalıb, xəsarət alan var
Digər ölkələr
09:33
Çində 178 milyon dollar dəyərində ekoloji təmiz aviasiya yanacağı istehsalı zavodu açılacaq
Digər ölkələr
09:17
U-23 dünya çempionatı: Azərbaycanın daha iki güləşçisi medal qazanıb
Fərdi
09:07
Foto
Xırdalanda yaşayış kompleksinin ərazisindəki yanğın söndürülüb - yenilənib-2
Hadisə
09:03
Azərbaycan XİN: Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür
Xarici siyasət
09:00
Premyer Liqa: "Turan Tovuz" "İmişli"nin, "Zirə" "Kəpəz"in qonağı olacaq
Futbol
08:46
ABŞ-də futbol matçı zamanı avtomobil izdihama çırpılıb, 11 nəfər xəsarət alıb
Digər ölkələr
08:25
Səudiyyə Ərəbistanında hərbi helikopter qəzaya uğrayıb, iki nəfər ölüb
Digər ölkələr