Azərbaycan və Serbiya arasında birbaşa aviareys açıla bilər

Azərbaycan və Serbiya arasında birbaşa aviareys açıla bilər Azərbaycan və Serbiya arasındakı turizm üzrə əlaqələrin inkişaf perspektivləri, pandemiyanın turizmə təsirləri və bu dövrdə həyata keçirilmiş layihələr, eləcə də təcrübə mübadiləsi məsələləri bu gün Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə Serbiyan
Turizm
8 Sentyabr , 2021 15:48
Azərbaycan və Serbiya arasında birbaşa aviareys açıla bilər
Draqan Vladisavlyeviç və Fuad Nağıyev

Azərbaycan və Serbiya arasındakı turizm üzrə əlaqələrinin inkişaf perspektivləri, pandemiyanın turizmə təsirləri və bu dövrdə həyata keçirilmiş layihələr, eləcə də təcrübə mübadiləsi məsələləri bu gün Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə Serbiyanın Azərbaycandakı səfiri Draqan Vladisavlyeviç arasında müzakirə olunub.

"Report" xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Məlumata görə, görüşdə F.Nağıyev Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin turizm potensialı və oradakı turizm infrastrukturunun yenidənqurulması və bərpası istiqamətində görülən işlərdən danışıb. O qeyd edib ki, gələcəkdə əcnəbi turistlər yeni turizm destinasiyası kimi tanınacaq Qarabağa cəlb olunacaqlar.

Səfir isə növbəti illərdə qarşılıqlı səfərlərin artacağına və əlaqələrin daha da inkişaf edəcəyinə inandığını bildirib.

Görüş zamanı turizm sahəsində qarşılıqlı investisiyaların artırılması, birbaşa aviareyslərin açılması üzrə müvafiq tədbirlərin görülməsi, postpandemiya dövründə turizmin bərpası üzrə planlaşdırılan fəaliyyətlər haqqında da qarşılıqlı fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi