Azərbaycan və Rusiyanın turizm şirkətləri onlayn görüşlər keçirib

Azərbaycan və Rusiyanın turizm şirkətləri onlayn görüşlər keçirib Bu gün Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun (ATB) təşkilatçılığı ilə Rusiya turizm şirkətləri ilə təşkil olunmuş onlayn görüşlərdə iki ölkənin turizm şirkətləri arasında tərəfdaşlığın təşviqi müzakirə olunub.
Turizm
29 İyun , 2021 17:01
Azərbaycan və Rusiyanın turizm şirkətləri onlayn görüşlər keçirib

Bu gün Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun (ATB) təşkilatçılığı ilə Rusiya turizm şirkətləri ilə təşkil olunmuş onlayn görüşlərdə iki ölkənin turizm şirkətləri arasında tərəfdaşlığın təşviqi müzakirə olunub.

Bu barədə "Report"a ATB-dən məlumat verilib.

B2B (Biznesdən biznesə) formatında təşkil olunmuş görüşlərdə Rusiyanın Moskva, Sankt-Petersburq, Yekaterinburq və Kazan şəhərlərindən olan turizm şirkətləri ilə ümumilikdə 100-ə yaxın onlayn görüş keçirilib.

Görüşlərdə pandemiya dövründə Azərbaycana səfər edən əcnəbilər üçün görülmüş hazırlıq işləri, Rusiya vətəndaşlarının Azərbaycana səfəri zamanı tələb olunan prosedur və qaydalar, həmçinin iki ölkə arasında yeni açılmış aviareyslər barədə məlumat verilib.

Onlayn görüşlər çərçivəsində son dövrdə Azərbaycanda yaradılmış yeni turizm marşrutları və yeni istifadəyə verilmiş hotellərdən danışılıb, həmçinin bu istiqamətdə şirkətlər arasında ikitərəfli tərəfdaşlığın qurulması məsələləri müzakirə olunub.

İyunun 10-dan etibarən Rusiya Federasiyası vətəndaşları müəyyən olunmuş şərtlər daxilində hava yolu ilə Azərbaycan ərazisinə səfər edə bilərlər.

Son xəbərlər

Orphus sistemi