Rusiya və Azərbaycan qarşılıqlı turist axınının bərpası üçün bir sıra tədbirlər planlaşdırıb.
“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov Bakıda Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşdən sonra deyib.
“Qarşılıqlı turist axınlarımız artır, lakin bu, hələ də tam bərpa olunmayıb. Buna nail olmaq üçün turizm məhsullarımızın iki ölkənin bazarlarında qarşılıqlı təbliği, ödəniş məsələlərinin həlli, bizi birləşdirən Xəzər dənizinin turizm potensialının paylaşılması ilə bağlı bir sıra addımlar planlaşdırmışıq”, - o bildirib.
Xatırladaq ki, Rusiyanın Baş naziri Mixail Mişustinin martın 5-6-da Azərbaycana səfəri zamanı turizm sahəsində əməkdaşlığın inkişafı ilə bağlı məsələlər əsas müzakirə mövzularından biri olub.