Azərbaycan və Çexiyanın turizm təmsilçiləri görüşüb

Azərbaycan və Çexiyanın turizm təmsilçiləri görüşüb Azərbaycan və Çexiyanın turizm sənayesini təmsil edən 40 şirkət arasında B2B (Biznesdən-biznesə) formatında 150 onlayn görüş keçirilib
Turizm
5 Mart , 2021 11:45
Azərbaycan və Çexiyanın turizm təmsilçiləri görüşüb

Azərbaycan və Çexiyanın turizm sənayesini təmsil edən 40 şirkət arasında B2B (Biznesdən-biznesə) formatında 150 onlayn görüş keçirilib.

Bu barədə "Report"a Dövlət turizm Agentliyindən bildirilib.

Məlumata görə, görüş Azərbaycan Turizm Bürosu, “Azərbaycan Hava Yolları” QSC (AZAL), Azərbaycanın Çexiyadakı Səfirliyi, Çexiyanın Azərbaycandakı Səfirliyi, Çexiyanın ticarət ofisinin Bakıdakı nümayəndəliyi, Çexiyanın Regional İnkişaf Nazirliyinin təmsilçilərinin, iki ölkənin biznes və ictimai təşkilat nümayəndələrinin iştirakı ilə təşkil edilib.

Onlayn tədbir müddətində iki ölkə arasında turizm və qonaqpərvərlik əlaqələrinin təbliğatı, eləcə də bu sahədə ölkələrarası əməkdaşlığın təşviqi müzakirə edilib.

İştirakçılara Azərbaycan və Çexiya arasında iqtisadi əlaqələr, turizm sektorunda hazırkı vəziyyət, turizm məhsulları, cari layihələr və görüləcək işlər haqda məlumat verilib.

Hər iki ölkə nümayəndələri qarşılıqlı və aktiv tərəfdaşlıq üçün yeni əlaqələrin qurulmasında maraqlı olduqlarını qeyd ediblər.

Son xəbərlər

Orphus sistemi