Azərbaycan-İspaniya turizm əlaqələrinin inkişaf perspektivi müzakirə olunub

Azərbaycan-İspaniya turizm əlaqələrinin inkişaf perspektivi müzakirə olunub İkitərəfli münasibətlər, turizm əlaqələrinin inkişaf perspektivləri, qarşılıqlı təcrübə mübadiləsi məsələləri bu gün Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə İspaniyanın Azərbaycandakı müvəqqəti işlər vəkili xanım Patrisia Serrano Sançez arasında m
Turizm
14 Sentyabr , 2021 16:55
Azərbaycan-İspaniya turizm əlaqələrinin inkişaf perspektivi müzakirə olunub

İkitərəfli münasibətlər, turizm əlaqələrinin inkişaf perspektivləri, qarşılıqlı təcrübə mübadiləsi məsələləri bu gün Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə İspaniyanın Azərbaycandakı müvəqqəti işlər vəkili xanım Patrisia Serrano Sançez arasında müzakirə edilib.

Bu barədə "Report"a Agentlikdən bildirilib.

Məlumata görə, F.Nağıyev xanım P.S.Sançezi Azərbaycan üzrə yeni müvəqqəti işlər vəkili təyin olunması münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə Agentlik sədri İspaniyada keçirilən beynəlxalq turizm sərgilərinin ölkə turizminin təbliğatı istiqamətində faydalı platformalar rolunu oynadığını bildirərək ölkəmizin bu sərgilərdə iştirakından danışıb.

O, həmçinin yaxın gələcəkdə yeni turizm destinasiyası kimi təqdim olunacaq Azərbaycanın işğaldan azad olunmuş ərazilərində turizm infrastrukturunun formalaşdırılması işləri, eləcə də planlaşdırılan layihələr haqda müvəqqəti işlər vəkilini məlumatlandırıb.

Müvəqqəti işlər vəkili öz növbəsində ikitərəfli əlaqələr və qarşılıqlı turist səfərlərinin mühümlüyünü vurğulayıb. O, postpandemiya dövründə turizm sahəsinin bərpasından sonra qarşılıqlı turist səfərlərinin artacağından əminliyini ifadə edib.

Görüş çərçivəsində, həmçinin postpandemiya dövründə turizm sahəsinin bərpası məqsədilə planlaşdırılan tədbirlər haqqında da fikir mübadiləsi aparılıb.

İspaniya epidemioloji vəziyyətdə müsbət dinamikanın müşahidə edilməsi ilə əlaqədar Azərbaycana səfər məhdudiyyətlərinin götürüldüyü 42 ölkə arasında yer alır.

Son xəbərlər

Orphus sistemi